EN

Zohran Mamdani Nyu Yorkun tarixdəki ilk müsəlman və ən gənc meri oldu

Qafqazinfo portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

ABŞ-də noyabrın 4-də keçirilən seçkilərin nəticələrinə əsasən, 34 yaşlı Demokratlar Partiyasının nümayəndəsi Zohran Mamdani Nyu-York şəhərinin yeni meri seçilib.

“Qafqazinfo”nun məlumatına görə, Mamdani seçkilərdə keçmiş qubernator, müstəqil namizəd Endryu Kuomo və Respublikaçılar Partiyasının nümayəndəsi Kertis Sliva üzərində qələbə qazanıb.

Yeni mer bu vəzifədə sentyabr ayında namizədliyini geri götürən, lakin adı seçki bülletenlərində qalan Erik Adamsı əvəz edəcək.

34 yaşlı Zohran Mamdani son yüz il ərzində Nyu-York şəhərinə rəhbərlik edən ən gənc mer kimi tarixə düşüb. O, eyni zamanda, şəhərin ilk müsəlman meri olub. 

Məlumata görə, ABŞ Prezidenti Donald Tramp bu seçkilərdə müstəqil namizəd Endryu Kuomonun namizədliyini dəstəkləyib.

Uqanda və Hindistan əsilli Mamdani özünü sosialist kimi təqdim edir. Beş yaşında ikən ailəsi qısa müddətə Uqandanı tərk edərək, Cənubi Afrikaya köçüb və iki il sonra Nyu-Yorka gəlib. Anası Mira Nair məşhur hind-amerikalı rejissordur; atası Mahmud Mamdani isə hindəsilli Uqanda alimidir.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
78
26
qafqazinfo.az

10Sources