EN

Maduro: Bütün dünyada baxışlar Venesuelaya yönəlib...

Venesuela lideri imperializmdə “sağlam düşüncənin yoxluğundan” danışıb...

Poliqon xəbər verir ki, Venesuela prezidenti Nikolas Maduro milli televiziyada çıxışı zamanı “imperializmin sağlam düşüncədən uzaq olduğunu” və “xarici güclərin hökmranlıq iddialarının əsassızlığını” bəyan edib. Onun sözlərinə görə, bu gün “bütün dünyanın baxışları sülh uğrunda mübarizənin ləyaqətli və qalib nümunəsi kimi Venesuelaya yönəlib”.

Bolivar Respublikasının lideri vurğulayıb ki, Venesuela heç vaxt “öz ləyaqətindən, dəyərlərindən və prinsiplərindən imtina etməyəcək”. Maduro hesab edir ki, bu mövqeni qorumaq xüsusilə “qlobal çağırışlar qarşısında birliyə ehtiyac duyulan tarixi məqamda” böyük əhəmiyyət daşıyır.

Xatırladaq ki, bundan öncə ABŞ prezidenti Donald Trampın administrasiyası Venesuelada hərbi əməliyyatların ən azı üç ssenarisini hazırlayıb. Onların arasında ölkəyə birbaşa müdaxilə variantı da var. Məlumata görə, prezident Tramp hələ “daha sonra hansı addımın atılacağı” barədə qərar verməyib.

Müşahidəçilər vəziyyətin gərginləşməsini noyabrın ortalarında Karib dənizinə ABŞ-ın “Gerald R. Ford” aviadaşıyıcısının gəlməsi ilə əlaqələndirirlər. Gəminin göyərtəsində təxminən 5 min dənizçi, 75-dən çox döyüş, kəşfiyyat və dəstək təyyarəsi, o cümlədən F/A-18 qırıcıları yerləşdirilib.

Poliqon.info

Chosen
106
poliqon.info

1Sources