EN

İraq “Lukoyl” şirkətinə neft tədarükünü dayandırıb

Bakı. Trend:

İraqın dövlət neft şirkəti SOMO noyabr ayında “Lukoyl”a məxsusüç xam neft partiyasının göndərilməsini ləğv edib.

Trend xəbər verir ki, buqərar ABŞ-nin “Lukoyl” da daxil olmaqla, Rusiyanın əsas neftşirkətlərinə qarşı sanksiyalar tətbiq etməsindən sonra qəbuledilib. Ləğv edilən göndərişlər İraqdakı “Qərbi Kurna-2” yatağındanhəyata keçirilməli idi. “Lukoyl” bu yataqda 75 faiz payasahibdir.

Neftin tədarükü 11, 18 və 26 noyabr tarixlərində həyatakeçirilməsi planlaşdırılmışdı.

Ötən ay “Lukoyl” şirkəti beynəlxalq xammal ticarəti ilə məşğulolan “Gunvor” şirkətinin onun xarici aktivlərini almaq təklifiniqəbul etdiyini bildirmişdi. “Gunvor”un baş direktoru TorbornTornkvist “Financial Times”a açıqlamasında “Lukoyl”un dünya üzrəciddi çətinliklərlə üzləşdiyini qeyd edib.

“‘Lukoyl’un beynəlxalq fəaliyyəti demək olar ki, iflicvəziyyətinə düşüb. Heç bir şirkət onlarla əməkdaşlıq edə bilmir.Minlərlə iş yeri risk altındadır və emal imkanları ciddi şəkildəzərər görə bilər”, – Tornkvist əlavə edib.

Xatırladaq ki, ABŞ Maliyyə Nazirliyi 23 oktyabrda “Rosneft” və“Lukoyl” şirkətlərinə qarşı əlavə sanksiyalar tətbiq etdiyini elanetmişdi.

Chosen
100
az.trend.az

1Sources