EN

ABŞ-nin Kentukki ştatında təyyarə qəzaya uğrayıb - Yaralılar var

BAKI, 5 noyabr. TELEQRAF

ABŞ-ın Kentukki ştatında yerləşən Luisvill Beynəlxalq Hava Limanı yaxınlığında təyyarə qəzaya uğrayıb.

Teleqraf xarici KİV-lərə istinadən xəbər verir ki, hadisə yerindən yayılan görüntülərdə qalın tüstü sütunu əks olunub.

Məlumata görə, qəza nəticəsində xəsarət alanlar var, lakin onların sayı hələ ki, açıqlanmayıb.

Luisvill polisi faktı təsdiqləyib və hadisə ilə bağlı araşdırmanın başladığını bildirib. Təyyarənin növü və qəzanın səbəbi barədə məlumat verilməyib.

Chosen
91
teleqraf.com

1Sources