EN

Əhməd əl-Şaraanın Trampla görüşəcəyi təsdiqləndi

Ağ Ev ABŞ prezidenti Donald Tramp və Suriya prezidenti Əhməd əl-Şaraa arasında 10 noyabrda görüş keçiriləcəyini təsdiqləyib.

Musavat.com xəbər verir ki, müvafiq açıqlamanı Ağ Evin mətbuat katibi Karolin Levitt mətbuat brifinqində verib: "Təsdiqləyə bilərəm ki, bu görüş bazar ertəsi günü Ağ Evdə keçiriləcək". Onun sözlərinə görə, qarşıdan gələn görüş Trampın "sülhə nail olmaq" üçün diplomatik səylərinin bir hissəsidir.

Qeyd edək ki, noyabrın 1-də Axios portalı ABŞ-ın Türkiyədəki səfiri və Suriya üzrə xüsusi nümayəndəsi Tom Barrack-a istinadən xəbər vermişdi ki, Tramp 10 noyabrda Ağ Evdə Əş-Şaraanı qəbul edəcək. Məlumata görə, Əş-Şaraa Vaşinqtona səfəri zamanı Suriyanın İŞİD-ə qarşı mübarizədə ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiyaya qoşulmasını nəzərdə tutan sənədləri imzalayacaq.

 

Musavat.com

 

Chosen
28
musavat.com

1Sources