ABŞ Prezidenti Donald Tramp 10 noyabr bazar ertəsi günü Suriyanın hazırkı prezidenti Əhməd əl-Şara ilə görüşəcək.
APA xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Kerolayn Livitt bildirib.
"Təsdiqləyə bilərəm ki, həmin görüş bazar ertəsi günü Ağ Evdə keçiriləcək", - Livitt deyib.