EN

Rusiya Venesuelaya silah tədarükünə başlayıb

Dövlət Dumasının müdafiə komitəsinin sədr müavini Aleksey Juravlyov bildirib ki, Moskva “Oreşnik” kompleksinin verilməsinə hazırdır...

Poliqon xəbər verir ki, Rusiya Federasiyası Venesuelaya silah tədarükünə start verib. Bu barədə Dövlət Dumasının müdafiə komitəsi sədrinin müavini Aleksey Juravlyov məlumat verib. Onun sözlərinə görə, Rusiya ilə Venesuela arasında hərbi-texniki əməkdaşlıq artıq praktiki mərhələyə keçib.

Juravlyov qeyd edib ki, Moskva yaxın zamanda Venesuela Silahlı Qüvvələrinə “Oreşnik” adlı yeni kompleksin verilməsini planlaşdırır. Rusiya rəsmisi kompleksin növü barədə dəqiq məlumat verməsə də, ekspertlər bunun radioelektron mübarizə və ya hava hücumundan müdafiə sistemləri ilə əlaqəli ola biləcəyini ehtimal edirlər.

Deputat əlavə edib ki, bu əməkdaşlıq iki ölkə arasında strateji tərəfdaşlığın dərinləşməsinə xidmət edir.

“Venesuela bizim dostumuzdur və biz onlara istənilən dəstəyi verməyə hazırıq”, deyə deputat vurğulayıb.

Analitiklər hesab edirlər ki, Rusiya və Venesuela arasındakı bu silah tədarükü Qərbin regionda artan təsirinə qarşı simvolik cavabdır. Bu addım həm də Moskvanın Latın Amerikasında hərbi mövcudluğunu gücləndirməyə yönəlmiş siyasətinin tərkib hissəsi kimi qiymətləndirilir.

Poliqon.info

Chosen
47
poliqon.info

1Sources