EN

Onlar da Rusiyadan xam neft nəqlini dayandırdı

ABŞ və Böyük Britaniyanın Rusiyanın ən böyük neft şirkətinə qarşı sanksiyalardan sonra İraq "Lukoil" şirkətindən xam neft yükünün qəbulunu dayandırıb.

"Ölkə.az" xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Bildirilir ki, İraqın dövlət neft şirkəti "Somo" "Lukoil"in Qərbi Qurna-2 yatağında neft tədarükünü ləğv edib.

Qeyd edək ki, ABŞ Maliyyə Nazirliyi şirkətlərə noyabrın 21-dək “Lukoyl” və ən böyük neft hasilatı şirkəti “Rosneft”lə bütün əməliyyatları dayandırmaq üçün vaxt verib.

Chosen
26
8
olke.az

10Sources