EN

Avropa ölkəsində matəm elan edildi

Metbuat saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

İtaliyanın paytaxtı Romada noyabrın 5-i rəsmi matəm günü kimi qeyd ediləcək.

Metbuat.az xəbər verir ki, bu barədə şəhərin meri Roberto Qualtieri açıqlama verib.

O bildirib ki, İmperator Forumu ərazisində yerləşən qədim “Torre dei Konti” tarixi kompleksinin bir hissəsinin çökməsi və nəticədə bir işçinin həyatını itirməsi hadisəsi ilə bağlı matəm elan edilib. Bu münasibətlə şəhər üzrə bütün bələdiyyə binalarında bayraqlar yarıya endiriləcək.

Xatırladaq ki, noyabrın 3-də IX əsrə aid olan tikilinin bir hissəsi uçub və 66 yaşlı rumıniyalı fəhlə dağıntıların altında qalaraq həyatını itirib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
11
1
metbuat.az

2Sources