Bakı. Trend:
Avropada ilin ən yaxşı gənc oyunçusuna verilən "Golden Boy"mükafatının qalibi müəyyənləşib.
Trend xəbər verir ki, PSJ-dəçıxış edən Dezire Due mükafatın qalibi olub. Bu barədə mükafatıntəsisçisi olan "Tuttosport" nəşri məlumat yayıb.
Fransa millisinin üzvü olan 20 yaşlı vinger ötən mövsüm PSJ-ninheyətində bütünn turnirlərdə meydana çıxdığı 61 rəsmi matçda 16 qolvə 16 məhsuldar ötürmə ilə yadda qalıb. Due Paris təmsilçisi iləLiqa 1 və Çempionlar Liqasının qalibi olub.
Qeyd edək ki, "Golden Boy" mükafatını ötən il "Barselona" vəİspaniya millisinin üzvü Lamin Yamal qazanıb.