EN

Bakı Ağır Cinayətlər Məhkəməsindən KONKRET

ain.az, Konkret.az saytına istinadən bildirir.

Binəqədi Rayon Məhkəməsindən Bakı Ağır Cinayətlər Məhkəməsinə ezam olunan hakim  Aygün Qurbanovanın buradakı səlahiyyət müddəti artırılmayıb.

KONKRET.az-ın Gununsesi.info-ya istinadən xəbərinə görə, Aygün Qurbanova ilə yanaşı, digər rayon məhkəmələrindən  hakim çatışmamazlığına görə Bakı Ağır Cinayətlər Məhkəməsinə ezam olunan hakimlərin səlahiyyət müddəti daha 1 il artırılıb.

Aygün Qurbanovaya gəlincə, Gununsesi.info maraqlı məlumat əldə edib.

Məlumata görə, Aygün Qurbanova ötən il Bakı Ağır Cinayətlər Məhkəməsində ən çox bəraət verən hakim olub.

“Onun səlahiyyət müddətinin artırılmaması isə özünün təəccübünə səbəb olub” deyə mənbəmiz bildirib.

İddialara görə, Aygün Qurbanovanın səlahiyyət müddətinin artırılmamasına əsas səbəb də onun çıxardığı bəraət hökmləri olub.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
13
2
konkret.az

3Sources