EN

Mbappedən penalti qərarı Hamısını özü vuracaq

Qol.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Kilian Mbappe komandasında penaltilərin vurulmasına dair yeni qərarı ilə gündəmə gəlib.

QOL.az xəbər verir ki, artıq futbolçu penaltilərin yerinə yetirilməsini komanda yoldaşlarına etibar etməyəcək. Buna səbəb ötən həftə “Real Madrid” “Valensiya” (4:0) matçında komanda yoldaşı Vinisius Juniorun penaltini qaçırması olub. Sözügedən oyunda dubl edən Mbappe həmin anda komandasının hesabda 2:0 öndə olmasına rəğmən bunu anlayışla qarşılamayıb.

“The Athletic”in məlumatına görə, bundan sonra “Real” bir matçda üç penalti qazansa belə, hamısını Mbappe şəxsən özü vurmaq niyyətindədir.

Qeyd edək ki, hazırda “Real Madrid” La Liqada liderdir və ikinci pillədəki “Barselona”dan 5 xal öndədir. 

 

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
58
4
qol.az

5Sources