2 noyabr 2025-ci il tarixində "Crescent Mall Ticarət Mərkəzi"ndə keçirilən "Red Bull Tetris" Milli Finalının qalibi Elnur Cəlilov olub.
Offsideplus.az xəbər verir ki, o, 11–13 dekabr tarixlərində Dubayda baş tutacaq Dünya Finalında Azərbaycanı təmsil edəcək.
Milli Finalda ölkəmiz üzrə ən yüksək nəticə toplamış 8 oyunçu final səhnəsində qarşılaşaraq çempionluq uğrunda mübarizə apardı. Bu mərhələdə oyunçular saniyələr içində doğru qərar vermək və yüksək ritmi qorumaq üçün bütün bacarıqlarını ortaya qoydular.
Qeyd edək ki, Kontakt Home mağazalar şəbəkəsi Azərbaycanda Red Bull Tetris yarışmasına dəstək oldu.