EN

Rəqib fiziki cəhətdən tab gətirə bilmədi Qəzənfər Abbasov

Fanat portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

2-ci Liqanın 7-ci turunda öz meydanında "Ağdaş"ı qəbul edən "Qaradağ Lökbatan" 4:0 hesablı darmadağınla xal hesabını 18-ə çatdıraraq şərikli lider mövqeyində qaldı. Meydan sahiblərinin baş məşqçisi Qəzənfər Abbasovla əlaqə saxlayıb fikirlərini öyrəndik.

Onun Fanat.Az-a açıqlaması belə oldu:

"Əsas heyətdən altı nəfər yox idi. Beş futbolçumuz cəzalıydısa, biri də üzürlü səbəbdən oyunda iştirak etmədi.  Amma meydanda olan bütün futbolçular belə yağışlı havada sonadək mübarizə apardılar. Oyun bir qədər gərgin başladı, amma tədricən hücumlarımızı artırdıq. Rəqib fiziki cəhətdən tab gətirə bilmədi. Biz də imkanlarımızdan istifadə edərək qollarımızı vurduq. Qələbə münasibəti ilə futbolçularımızı təbrik edirəm. Yaxşı mübarizə apardılar, əzmkar futbol sərgilədilər. Artıq növbəti oyunlara köklənməli, növbəti qələbələr haqda düşünməliyik".

Nihat

Abunə Ol

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
54
fanat.az

1Sources