EN

Diyarbəkirdə qəssab dükanında atışma: 2 nəfər ölüb, 2 nəfər yaralanıb



Diyarbəkir şəhərinin Kayapınar rayonundakı bir qəssab dükanında iki qrup arasında silahlı dava baş verib. Davada iki nəfər ölüb, iki nəfər yaralanıb.
Hadisə axşam saatlarında Kayapınar rayonunun Talaytepe məhəlləsindəki Diclekent Bulvarında baş verib. Qəssab dükanına gələn bir qrupla dükanın içərisində olan digər şəxslər arasında naməlum səbəbdən mübahisə yaranıb.

Mübahisə silahlı davaya çevrilib. Hadisə nəticəsində Zülfü Coşan, Ensari Coşan və adları açıqlanmayan daha iki nəfər yaralanıb. Hadisə yerinə təcili yardım işçiləri və polis göndərilib. İlk tibbi yardım göstərildikdən sonra yaralılar müalicə üçün yaxınlıqdakı xəstəxanalara aparılıblar.

Həkimlərin bütün səylərinə baxmayaraq, Zülfü Coşan və Ensari Coşanı xilas etmək mümkün olmayıb. Mərhumların cəsədləri autopsiya üçün Məhkəmə Tibbi Ekspertizası İnstitutuna aparılıb.

Hadisə ilə bağlı araşdırma başlanıb.

aia.az
Tərcümə şöbəsi



Chosen
54
aia.az

1Sources