EN

Qurban Qurbanov həmin suala cavab vermədi

Metbuat portalından verilən məlumata görə, ain.az xəbər yayır.

"Qarabağ"ın "Çelsi" ilə UEFA Çempionlar Liqasındakı matçı üçün biletlərin "qara bazar"da satılmamasına klub və digər qurumlar nəzarət edir.

Metbuat.az-ın məlumatına görə, bu barədə "köhlən atlar"ın baş məşqçisi Qurban Qurbanov mətbuat konfransında açıqlama verib.

O, məsələ ilə bağlı çox məlumatının olmadığını söyləyib:

"Bu barədə məlumatım yoxdur. Görmədiyim, bilmədiyim məsələyə münasibət bildirmək istəmirəm. Klub və bəzi orqanlar tərəfindən nəzarət olunur. Bu məsələ klubun da diqqətindədir. Bu səbəbdən mövzu haqqında çox danışa bilmərəm".

Qeyd edək ki, "Qarabağ" - "Çelsi" oyunu noyabrın 5-də Tofiq Bəhramov adına Respublika stadionunda, saat 21:45-də start götürəcək.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
15
1
metbuat.az

2Sources