EN

Prezident: İsrailin hücumları silahların toplanmasına imkan vermir

“İsrailin davam edən işğalı silahların dövlətin əlində cəmləşməsinə mane olur”.

Turkustan.az xəbər verir ki, Livan prezidenti Cozef Aun İsrailin Livanın cənubundakı davam edən işğalının dövlətin silahları öz inhisarına toplamasına maneə yaratdığını bildirib.

Prezidentlikdən yayılan yazılı açıqlamaya əsasən, Aun İngiltərənin Yaxın Şərq üzrə dövlət naziri Hamiş Falkoneri paytaxt Beyrutun şərqində yerləşən Baabda Prezident Sarayında qəbul edib.

Görüşdə Livandakı son hadisələr və bölgədəki vəziyyət müzakirə olunub. Prezident Aun İngiltərənin Livan ordusuna göstərdiyi dəstəyə görə təşəkkür edib və bu əməkdaşlığın ölkənin təhlükəsizliyinə mühüm töhfə verdiyini vurğulayıb.

Aun, həmçinin İsrailin 2024-cü ilin noyabrında əldə edilmiş atəşkəs razılaşmasını pozduğunu və bunun Livan xalqının həyatını təhlükəyə atdığını qeyd edib.

Dövlətin silah üzərində inhisar planı barədə danışan prezident bildirib ki, Livan ordusu bu istiqamətdə hərtərəfli plan həyata keçirir və mütəmadi olaraq Nazirlər Kabinetinə hesabat verir:

“İsrailin davam edən işğalı dövlətin inhisarında silah toplanmasının qarşısını alır,” – deyə Aun vurğulayıb.

Aytən Yaşar/ Turkustan.az

Chosen
24
1
turkustan.az

2Sources