EN

Fransanın metallurgiya zavodunda 190 iş yeri ləğv ediləcək

ain.az bildirir, Azertag portalına istinadən.

Paris, 4 noyabr, AZƏRTAC

Fransanın Allye (Allier) departamentində yerləşən “Erasteel Commentry” metallurgiya şirkətində 190 iş yerinin ləğv ediləcəyi bildirilib.

AZƏRTAC xəbər verir ki, bu məlumat şirkətin İşçi Komitəsinin (CSE) iclasında bəyan edilib.

Qərar son aylarda fəaliyyətin azalması və sifarişlərin kəskin şəkildə düşməsi fonunda qəbul edilib. “Erasteel”in 240 əməkdaşı var və bu ixtisarlar şirkətin kadrlarının təxminən 80 faizini əhatə edəcək. CGT həmkarlar ittifaqının nümayəndəsi Dorian Durban bu qərarı zavodun demək olar ki, “ölümü” adlandıraraq vəziyyətin işçilər üçün faciəvi olduğunu bildirib. İxtisarlar nəticəsində zavodun iki əsas fəaliyyəti – sürətli polad istehsalı (kəsici alətlər üçün istifadə olunur) və batareyalarla neft katalizatorlarının təkrar emalı tamamilə dayandırılacaq.

“Erasteel” Fransa metallurgiya sənayesində uzun illərdir fəaliyyət göstərən mühüm istehsal müəssisələrindən biri hesab olunur. Lakin dünya bazarında tələbatın azalması və xammal qiymətlərinin artması şirkətin maliyyə sabitliyinə ciddi təsir edib.

Bu ixtisarların Kommentri şəhərinin sosial və iqtisadi həyatına da mənfi təsir göstərəcəyi istisna edilmir.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
6
2
azertag.az

3Sources