EN

“Cənubi Qafqazda yeni əməkdaşlıq mərhələsi başlaya bilər”

Demokrat.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

“Azərbaycanla Ermənistan arasında sərhədlərin müəyyənləşdirilməsi prosesi yeni mərhələyə qədəm qoyur. Danışıqların Zəngəzur dəhlizinin keçəcəyi ərazidən başlaması təsadüfi deyil”. O qeyd edib ki, bu istiqamət region üçün strateji əhəmiyyət daşıyır:Bu sözləri Demokrat.az-a açıqlamasında siyasi şərhçi Asif Nərimanlı bildirib.“Əgər sərhədlər dəqiq müəyyənləşsə, dəhlizin açılması daha asan ola bilər. Bu, həm təhlükəsizlik, həm də hüquqi baxımdan mühüm addımdır. Sərhəd razılaşması layihənin icrasını sürətləndirə bilər. Amma bu, tərəflərin siyasi iradəsindən çox asılıdır. Ermənistan tərəfi hələ də dəhliz məsələsində ehtiyatlı mövqe tutur. Buna görə prosesin gedişində müəyyən gərginliklər yarana bilər. Eyni zamanda, bu addım regionda sabitliyin möhkəmlənməsinə töhfə verə bilər. Dəhlizin açılması Azərbaycanın tranzit imkanlarını artıracaq. Bu, Türkiyə və Orta Asiya ilə əlaqələri gücləndirəcək. Cənubi Qafqazda yeni əməkdaşlıq mərhələsi başlaya bilər”.Leyla Turan 

Demokrat.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
19
demokrat.az

1Sources