PSJ-nin 20 yaşlı istedadı Dezire Due 2025-ci ilin “European Golden Boy Absolute Best” mükafatına layiq görülüb.
Offsideplus.az xəbər verir ki, beynəlxalq jurnalistlərdən ibarət münsiflər heyəti fransalı yarımmüdafiəçini ilin ən parlaq gənc futbolçusu seçib.
Due üçün 2025-ci il karyerasının ən uğurlu mövsümü olub. O, PSJ ilə Liqa 1, Fransa Kuboku, Çempionlar Liqası və Avropa Superkubokunu qazanıb. Klub Dünya Çempionatında isə yalnız gümüş medalla kifayətlənib. Fransa millisi ilə Millətlər Liqasında bürünc medal əldə edib.
31 mayda Münhendə keçirilən Çempionlar Liqasının finalında PSJ-nin “İnter” üzərində 5:0 hesablı qələbəsində Due əsas rol oynayıb — o, bir qol ötürməsi verib və iki dəfə fərqlənib. UEFA onu oyunun ən yaxşı futbolçusu seçib.
“14 nömrə” altında çıxış edən futbolçu bu nömrəni uşaqlıqda sevdiyi futbolçu Bles Matuidiyə həsr etdiyini bildirib.
Hazırda onun PSJ ilə müqaviləsi 2029-cu ilə qədərdir və mövsümlük 6 milyon avro qazanır.
Lakin uğurlu mövsüm zədəsiz ötüşməyib. Gənc ulduz son matçda sağ ayağının əzələsini zədələyib və təxminən 8 həftəlik fasilə verəcək.