Gəncədə piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Â
Sitat.info Teleqraf-a istinadla xəbər verir ki, şəhər ərazisində qeydə alınan hadisə zamanı 1986-cı il təvəllüdlü Gülnar Cəfərovanı maşın vurub.
Â
Qadın müxtəlif bədən xəsarətləri ilə Gəncədə yerləşən xəstəxanalardan birinə yerləşdirilib. Ona ilkin tibbi yardım göstərilib. Vəziyyəti orta-ağırdır.
Â
Faktla bağlı araşdırma başlanılıb.