EN

Voleybol millimiz İslamiadaya qələbə ilə başladı

Yazını böyüt
Yazını kiçilt

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarında ilk görüşünə çıxıb.

Hafta.az xəbər verir ki, Faiq Qarayevin rəhbərlik etdiyi komanda İranla üz-üzə gəlib.

Qarşılaşma Azərbaycan millisinin qələbəsi ilə başa çatıb - 3:0 (25:11, 25:16, 26:24).

Qeyd edək ki, millimiz Tacikistan, Türkiyə və Əfqanıstan yığmaları ilə də qarşılaşacaq. Komandamızın növbəti matçı noyabrın 6-da Tacikistan yığmasına qarşı olacaq. Görüş Bakı vaxtı ilə saat 14:00-da başlayacaq.

Chosen
59
2
hafta.az

5Sources