Almaniya hökuməti gələn il Ukraynaya maliyyə yardımını təxminən 3 milyard avro artırmağı planlaşdırır.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Handelsblatt” qəzeti mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, indiyə qədər 2026-cı il dövlət büdcəsində Kiyevi dəstəkləmək üçün 8,5 milyard avro ayrılıb:
“Əlavə 3 milyard avro ayırmaq qərarı qəti deyil, koalisiya daxilində danışıqlar davam edir, lakin Ukraynaya veriləcək vəsaitin miqdarının artırılması zərurəti ilə bağlı fikir birliyi mövcuddur”.