EN

“Pis hazırlaşmamışıq”

Böyük tarixi olan komandaya qarşı oynayacağıq.

Heftelik.az Qafqazinfo-ya istinadən xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov sabah Çempionlar Liqasının əsas mərhələsinin 4-cü turunda “Çelsi”yə qarşı keçirəcəkləri oyundan öncə mətbuat konfransında bildirib.

Qurban Qurbanov deyib ki, bu cür oyunçuların Bakıya gəlməsi futbolumuz üçün böyük hadisədir: “Pis hazırlaşmamışıq. Mübarizə aparacağıq. Ən azından elə oyun oynamaq istəyirik ki, azarkeşlər zövq alsın”.
Qeyd edək ki, sabah Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək “Qarabağ” – “Çelsi” görüşü saat 21:45-də başlayacaq.

Chosen
10
2
heftelik.az

3Sources