EN

Nadimə Rəhimli: “Dünya ölkələri sosial ədalət və bərabərlik naminə yenidən bir araya gəlib”

"Vətəndaşların Sosial Rifahı Naminə” İctimai Birliyinin sədr müavini, “Sosial İnkişaf” Beynəlxalq QHT Koalisiyasının İdarə Heyətinin üzvü Nadimə Rəhimli hazırda Sosial İnkişaf üzrə 2-ci Dünya Sammitində iştirak edir.

QHT.az xəbər verir ki, o bildirib ki, 30 il əvvəl Danimarkanın paytaxtı Kopenhagendə keçirilən ilk Sosial Sammitdən sonra, bu mötəbər tədbir yenidən sosial inkişaf, bərabərlik və ədalətli cəmiyyət quruculuğu mövzularında dünya ölkələrini bir araya gətirib:

“Bu sammit sosial rifahın, inklüziv inkişafın və dayanıqlı gələcəyin təmin olunması istiqamətində qlobal dialoqun davamıdır. Tədbirin açılış nitqləri BMT-nin Baş katibi Antonio Quterreş, Qətər Dövlətinin Əmiri Şeyx Təmim bin Həməd Al Tani və BMT-nin İqtisadi və Sosial Şurasının rəhbəri Lok Bahadur Thapa tərəfindən edilib".

Qeyd edək ki, sammit çərçivəsində sosial siyasətlərin təkmilləşdirilməsi, rifah proqramlarının genişləndirilməsi və vətəndaş cəmiyyətinin qlobal səviyyədə sosial ədalət təşəbbüslərindəki rolu müzakirə olunur.

Chosen
36
qht.az

1Sources