NTD basketbol klubu Ladarius Marşalla yolları ayırıb.


Rekord.az xəbər verir ki, bu barədə Bakı təmsilçisinin mətbuat xidməti məlumat yayıb.


ABŞ-dən olan basketbolçu ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.


Marşal komandaya cari mövsümün əvvəlində qoşulmuşdu.