EN

"Daha köhnə avtomobilləri baha qiymətə alacağıq" - Ekspert səbəbi AÇIQLADI

Gələn ildən Azərbaycana idxal olunan istehsal tarixi 7 ildən çox olan minik avtomobilləri üçün aksiz dərəcəsi artırılır.

Aksiz dərəcəsinin artırılması avtomobiol bazarında qiymətlərə necə təsir edəcək?

Mövzu ilə bağlı Redaktor.az-a danışan nəqliyyat eksperti Adil Nəbiyev bildirdi ki, bu, köhnə avtomobillərin ölkəyə gətirilməsinin qarşısını almaq, avtomobil bazarını yeniləmək üçün nəzərdə tutulan bir məsələdir:

"Belə deyək, əvvəllər on ilə qədər olan avtomobillərdə əlavə vergi məsələsi eyni idisə, indi yeddi ilə qədər bir qiymət olacaq, yeddi ildən sonra isə başqa qiymət olacaq. Bu da o deməkdir ki, biz daha köhnə avtomobili baha qiymətə alacağıq. Bu isə heç kəsə sərf etmir. İstər-istəməz bu vəziyyət avtomobil gətirilməsinin qarşısını alacaq. Hamı çalışacaq ki, maksimum yeddi ilə qədər olan avtomobil alsın ki, həm ucuz başa gəlsin, həm də ili təzə olsun. Çünki sabah onu satmaq məsələsi də var. Buna görə əslində bu cür məqamlar yalnız avtomobil bazarının yenilənməsinə hesablanıb. İstər-istəməz bu da qiymət artımına gətirib çıxaracaq. Getdikcə, bayaq qeyd etdiyim kimi, köhnə avtomobillər daha baha qiymətə gəldiyi üçün artıq hamı maksimum yeddi il olan avtomobilləri gətirməkdə maraqlı olacaq".

Nuriyyə NATİQQIZI

Chosen
59
redaktor.az

1Sources