Bakı Ağır Cinayətlər Məhkəməsində Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən dövlətə qarşı açıq çağırışlarda ittiham olunan Mirədalət Talışxanovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Paralel.az xəbər verir ki , hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən iclasda hökm elan olunub.
Məhkəmənin qərarına əsasən, Miradələt Talışxanov 6 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd olunur ki, Talışxanov DTX əməkdaşları tərəfindən saxlanılıb.
Ona qarşı Cinayət Məcəlləsinin 32.4 və 281.2-ci maddələri (dövlət əleyhinə açıq çağırışlara təhrik etmə və eyni əməlləri təkrarən və ya qrup halında törətmə) ilə ittiham irəli sürülüb.
Məlumata görə, Talışxanov əvvəllər hüquq-mühafizə orqanlarında işləyib. (Apa.az)