EN

Biz qalib xalqın nümayəndələri kimi Zəfərin ruhunu dilimizə də daşımalıyıq

ain.az bildirir, Azertag saytına əsaslanaraq.

“Okay”, “share etmək”, “cool”, “location”, “konum”...  Son illərdə cəmiyyətimizdə, xüsusilə gənclər arasında bu kimi başqa dillərdən alınma sözlərin istifadəsi artıb. Sanki bir çoxları ana dilimizdə danışmağa utanır, Azərbaycan dilində əzəli bir kəlimə olduğu halda rus, ingilis, türk dillərində olan sözlərdən istifadə edirlər. Məsələ bununla da bitmir. Bu gün elə paytaxt Bakıya nəzər salsaq, bir çox mağazaların, restoranların adları da xarici dildədir. KİV-də, reklam daşıyıcılarında, bəzi hallarda jurnalistlərin yazılarında, aparıcıların nitqində ana dilimizin orfoqrafik, leksik və qrammatik normalarının pozulduğunu müşahidə edirik. Belə halların aradan qaldırılması üçün ilk növbədə cəmiyyətimizdə yayılan bu mənfi tendensiyanınsəbəblərini aydınlaşdırmalıyıq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
9
2
icma.az

3Sources