Energetika naziri Pərviz Şahbazov Yunanıstanın Azərbaycandakı diplomatik fəaliyyəti başa çatan fövqəladə və səlahiyyətli səfiri Xristos Kapodistrias ilə görüşüb.
Bu barədə nazir “X” sosial şəbəkə hesabında yazıb.
Bildirilib ki, görüşdə neft-qaz və bərpaolunan enerji sahəsində əməkdaşlıq, həmçinin iki ölkə arasında iqtisadi, sənaye və texnoloji sahələrdə əməkdaşlıq üzrə Birgə Komissiyanın növbəti iclası ilə bağlı məsələlər müzakirə olunub.
“Cənub Qaz Dəhlizinin Avropanın, o cümlədən Yunanıstanın enerji təhlükəsizliyinin təminində oynadığı rol yüksək qiymətləndirildi. Bu ilin ilk doqquz ayında Azərbaycandan Yunanıstana 800 milyon kubmetr təbii qaz tədarük edilib”, - nazir qeyd edib.