EN

Prezident təqaüdçüsü Nərmin Hacıyeva: Əziyyətimin bəhrəsini gördüm

Bakı, 4 noyabr, AZƏRTAC

Bu il ən yüksək nəticə ilə ali məktəbə qəbul olan 102 tələbə Prezident təqaüdü qazanıb. Onların arasında yüksək bal toplayan Nərmin Hacıyeva da var.

AZƏRTAC Prezident təqaüdü qazanan Nərminə Hacıyeva ilə həmsöhbət olub.

Nərminə Texniki humanitar liseyi bitirib. Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin ingilis bölməsinə 683 balla daxil olub. Bu yüksək göstəriciyə görə hər ixtisas qrupu üzrə seçilmiş 25 nəfərin arasından Prezident təqaüdünə layiq görülüb.

O qeyd edib ki, bu, çox qürurverici hissdir: “İllərdir çəkdiyim əziyyətin bəhrəsini gördüyüm üçün çox sevindim. Bu yolda mənə dəstək olan ailəmə, müəllimlərimə təşəkkür edirəm. Çalışacam ki, 4 il boyunca verilən təqaüdü qoruyub saxlayım. Bu diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlığımı bildirirəm.

Qəbul imtahanına hazırlaşan abuturiyentlərə demək istərdim ki, daim xəyallarının ardınca getsinlər. Maneələr çox olacaq, amma bu, onları qorxutmasın. İnamlarını heç vaxt itirməsinlər. Mən gələcəkdə uğur qazanacağıma inanıram. Məqsədim Vətənimizə layiqli hüquqşünas olmaqdır”, - deyə N.Hacıyeva vurğulayıb.

Chosen
28
1
azertag.az

2Sources