EN

​Onlar İmamoğlunun agent olduğuna inanır

İstanbulun sabiq bələdiyyə sədri Əkrəm İmamoğlunun casusluq etməsinə dair iddialar Türkiyə cəmiyyətini parçalayıb. Hazırda istintaq altında olan keçmiş sədrin şəxsi maraqları üçün xarici ölkələrə işlədiyinə inananlarla yanaşı, buna zərrə qədər ehtimal verməyənlər də var.
Metbuat.az xəbər verir ki, Türkiyənin müxalif Cümhuriyyət Xalq Partiyası (CXP) bu mövzuda sorğu keçiirb. Sorğu iştirakçılarına yalnız bir sual ünvanlanıb: “Əkrəm İmamoğlunun agent olduğuna inanırsınız?” Sorğuya qatılan CXP tərəfdarlarının böyük əksəriyyəti İmamoğlunun milli maraqları satacağına inanmadığını açıqlayıb. Rəyi soruşulan iqtidar təəssübkeşlərinin cavabları isə rəngarəng olub. Sorğuda iştirak edən AKP üzvlərinin 56 faizi suala cavab verməkdə çətinlik çəkib. Ərdoğan tərəfdarlarının 28 faizi İmamoğlunun casus olduğuna adları kimi əmin olduqlarını bildiriblər.

Respondentlərin 16 faizi isə İmamoğlunun agent olduğuna dair ittihama inanmadıqlarını vurğulayıb.

Chosen
14
1
metbuat.az

2Sources