Bizim media saytına istinadən ain.az xəbər verir.
Lənkəran Rayon Mərkəzi Xəstəxanasında “sol tərəfi boğulmuş qasıq yırtığı diaqnozu” ilə cərrahi əməliyyat olunmuş 1965-ci il təvəllüdlü Siyavuş Rzayevin noyabrın 4-də həmin xəstəxanada vəfat etməsi faktı üzrə rayon prokurorluğunda araşdırma aparılır.Bizim.Media xəbər verir ki, bu barədə Baş Prokurorluğunun Mətbuat xidmətindən bildirilib.Xatırladaq ki, oktyabrın 28-də Lənkəran rayon mərkəzi xəstəxanasına qarında yırtıq səbəbi ilə daxil olan Lənkəran şəhər sakini 1965-ci il təvəllüdlü Şiyavuş Rzayev əməliyyat olunub, daha sonra isə o, dünyasını dəyişib.Bizim.Media
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.