EN

“Məhkəmə Ekspertizası” informasiya sistemi yaradıldı

“Məhkəmə Ekspertizası” informasiya sistemi yaradıldı

“Məhkəmə Ekspertizası” informasiya sistemi yaradılır.

AFN.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Fərman imzalayıb.

Fərmana əsasən, dövlət orqanlarının məhkəmə ekspertizası sahəsində fəaliyyətinin elektronlaşdırılması, ümumi məlumat və bilik bazasının formalaşdırılması və həmin bazadan istifadənin əlçatanlığının təmin edilməsi məqsədilə “Məhkəmə Ekspertizası” informasiya sistemi yaradılacaq.

Sistemin sahibi və operatoru funksiyalarını Ədliyyə Nazirliyi həyata keçirəcək. Onun yaradılması, saxlanılması, idarə olunması və təkmilləşdirilməsi ilə bağlı xərclər dövlət büdcəsi hesabına maliyyələşdiriləcək.

Sistem vasitəsilə məhkəmə ekspertizasının təyin edilməsi ilə bağlı elektron qərarların qəbulu, icraata yönəldilməsi, ekspert rəylərinin və vəsatətlərin gücləndirilmiş elektron imza ilə göndərilməsi, eləcə də ekspert rəy və məlumatlarının arxivləşdirilməsi həyata keçiriləcək. Həmçinin istifadəçilər üçün şəxsi kabinetlər yaradılacaq və ekspertizaların müddətinə nəzarət olunacaq.

Ədliyyə Nazirliyi sistemin səmərəli istifadəsini təmin etməli, Səhiyyə, Müdafiə və Daxili İşlər nazirlikləri ilə birlikdə onun fəaliyyət istiqamətlərinə uyğun strukturlaşdırılmasını həyata keçirməlidir. Həmçinin “Məhkəmə Ekspertlərinin Reyestri” və “Məhkəmə ekspertizasının metodik fondu” kimi altsistemlərin yaradılması planlaşdırılır.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti sistemin “Hökumət buludu”nda yerləşdirilməsini və təhlükəsizliyini təmin edəcək.

Chosen
33
14
afn.az

10Sources