EN

“Konyaspor”un yeni baş məşqçisi Çağdaş Atan oldu

Türkiyənin “Konyaspor” komandasının yeni baş məşqçisi məlum olub.

İdman.Biz klubun rəsmi saytına istinadən xəbər verir ki, bu vəzifəyə Çağdaş Atan gətirilib. Onunla imzalanacaq müqavilənin detalları açıqlanmayıb.

Konya təmsilçisini son olaraq Recep Uçar çalışdırıb.

Komanda Superliqada 11 turdan sonra 14 xalla 8-ci pillədə qərarlaşıb.

İdman.Biz

Chosen
11
3
idman.biz

5Sources