EN

Ay Yerə daha yaxın məsafədə olacaq

ain.az, Missiya.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Noyabr ayının 5-i “Buğa bürcü dolunayı” baş tutacaq, eyni zamanda bu super dolunay hesab olunur. Super dolunay o deməkdir ki, Ay Yerə daha yaxın məsafədə olacaq və adi haldan bir qədər böyük və parlaq görünəcək. Bu enerjinin təsiri isə həm ruh halımız, həm də gündəlik qərarlarımızda daha güclü şəkildə əks olunur.

Missiya.Az xəbər verir ki, bu dolunay maddi sabitlik, təhlükəsizlik və dəyərlərlə bağlı məsələləri ön plana çıxarır. İnsanlar bu dövrdə daha çox rahatlıq, sabitlik və daxili balans axtarışında olurlar. Özünü və həyatını dəyərləndirmək, nəyə dəyər verib-vermədiyini anlamaq ehtiyacı artır. Maddi məsələlərdə qəfil dəyişikliklər, gözlənilməz gəlir və ya xərclər mümkündür. Eyni zamanda, emosional dərinlik və münasibətlərdə aydınlıq istəyi güclənir.

Əqrəb bürcündə olan Günəş və Buğa bürcündəki Ayın qarşıdurması gizli qalan duyğuları üzə çıxara bilər. Münasibətlərdə gərginlik, həqiqətlərin açılması və emosional qərarlar üçün bu zaman çox təsirli dövrdür. Bəzi insanlar üçün bu dolunay daxili sakitlik tapmaq üçün dönüş nöqtəsi, digərləri üçün isə artıq yük olan duyğulardan azad olma anı ola bilər.

Enerji baxımından bu dolunay güclü, lakin bir qədər gərgin təsir daşıyır. Yuxu rejimində pozulmalar, narahatlıq və ya ani qərarvermə istəyi müşahidə oluna bilər. Buna görə də bu günlərdə sakitlik, meditasiya və təbiətlə təmas çox faydalıdır. Dolunayın təsiri altında insan bədəni və zehni daha duyarlı olur, buna görə rahatlıq və balans yaratmaq vacibdir.

Ümumilikdə, sabahkı dolunay bizi həm maddi, həm də mənəvi sahədə tarazlıq axtarışına çağırır. Bu, insanın öz dəyərini, həyatdakı yerini və nəyə güvəndiyini anlamaq üçün bir fürsətdir. Ayın parlaq işığı altında gizlənən duyğular üzə çıxır, amma bu, qorxulu deyil -əksinə, dəyişimin və yenilənmənin başlanğıcıdır.

İlahə Qənbərli

Missiya.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
13
1
missiya.az

2Sources