EN

Kislista Ukrayna müharibəsinin necə və harada bitməli olduğunu açıqladı

Qaynarinfo saytından alınan məlumata görə, ain.az bildirir.

Ukraynaya qarşı Rusiya müharibəsi "mövcud təmas xəttində atəşkəslə” dayandırılmalıdır.

Qaynarinfo xəbər verir ki, bu barədə Anadolu agentliyinə müsahibəsində Ukraynanın xarici işlər nazirinin birinci müavini Serhiy Kislista bildirib.

Diplomat deyib:

"ABŞ prezidenti Donald Trampın və Ukraynanın mövqeyi eynidir: müharibə mövcud təmas xəttində atəşkəs yolu ilə dayandırılmalıdır. Danışıqlar da həmin xəttdən başlamalıdır. Daha sonra ərazi məsələlərinin müzakirəsi Ukrayna rəhbərliyi ilə Kremlə həvalə edilməlidir”.

Kislistanın sözlərinə görə, Ukrayna artıq Kremlə kifayət qədər güzəştə gedib və bundan sonra yeni güzəştlər gözləmək olmaz:

"Biz artıq çoxlu güzəştlər etmişik, ona görə də rus hökumətini razı salmaq üçün əlavə addımlar atmaq Ukrayna hökumətinin işi deyil”.

Diplomat bildirib ki, Ukraynanı da, Rusiyanı da, eləcə də prosesə cəlb olunan bütün ölkələri çətin danışıqlar gözləyir. O əlavə edib ki, danışıqların çətinliyi münaqişənin xarakterindən irəli gəlir:

"Rusiya hakimiyyəti nəhayət ciddilik göstərməli və danışıqlara qoşulmalıdır... Danışıqlar — yalnız ABŞ-la deyil, digər tərəfdaşlarla da — çox çətindir. Amma davam edən münaqişənin mürəkkəbliyini nəzərə alsaq, onların asan olacağını gözləmək də düzgün olmazdı”.

Kislista vurğulayıb ki, ABŞ-ın dəstəyi davam edəcək və Vaşinqtonu müharibənin dayandırılması üzrə beynəlxalq səylərin əsas oyunçusu adlandırıb. O, Ukraynaya "Tomahawk” qanadlı raketləri və "Patriot” zenit-raket komplekslərinin təchizatı ilə bağlı gözləntilərin realist olduğunu bildirib:

"Danışıqlar tam sürətlə gedir və biz realistik yanaşırıq. Biz təkcə siyasi deyil, həm də silah sistemlərinin istehsalçıları və hökumətlərlə danışıqlar aparırıq... Bəli, proses hamımızın istədiyindən daha yavaş gedə bilər, amma düzgün istiqamətdədir”.

Diplomat həmçinin Tramp ilə Vladimir Putin arasında baş tutmayan görüşü də şərh edib. Kislistanın fikrincə, görüşün ləğvi Vaşinqtonun Moskvanın manipulyasiyalarına səbir göstərmədiyini göstərir:

"Tramp–Putin görüşünün ləğv edilməsi Vaşinqtonun Moskvanın manipulyasiyalarından, gecikdirmə taktikasından və danışıqlara ciddi yanaşmamasından yorulduğunu göstərir”.

2 noyabrda Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirmişdi ki, Ankara Ukrayna ilə Rusiya arasında sülh danışıqlarına vasitəçilik etməyə hazırdır. Nazir qeyd edib ki, Türkiyə tərəflərin dördüncü raund danışıqlarını və hətta mümkün liderlər sammitini İstanbulda qəbul etməyə hazırdır.

Alpər

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
52
qaynarinfo.az

1Sources