EN

Amerikalıların ən çox qorxduğu şey 10 ildir birinci yerdə

Bakupost saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

“Çapman Universiteti”nin illik FEAR sorğusu göstərib ki, amerikalıların ən böyük qorxusu hələ də dövlət idarəçiliyindəki korrupsiyadır. Son 10 ildir ardıcıl olaraq birinci yerdə olan bu fobiya üçün iştirakçıların təxminən 70%-i tərəfindən “çox qorxuram” və ya “qorxuram” kimi qiymətləndirilib.

Bakuspost.az xarici KİV-ə istinadən xəbər verir ki, universitetin sosiologiya professoru Stiven Pfaff bildirib ki, bu qorxu pulun siyasəti idarə etməsi və güclü maraq qruplarının seçicilərin iradəsini nəzərə almadan qərar verməsi düşüncəsindən qaynaqlanır.Sorğuda respondentlərə siyasət, səhiyyə, su çirkliliyi və süni intellekt daxil olmaqla 65 mövzu üzrə suallar verilib. Ən çox qorxulan ikinci mövzu sevdiklərinin ciddi xəstəliyə tutulması, ardından iqtisadi böhran, kiberterrorizm və yaxınlarını itirmək qorxusu olub.Digər narahatlıqlar arasında ABŞ-ın yeni dünya müharibəsinə qoşulması, içməli suyun çirklənməsi, Rusiyanın nüvə silahı işlətməsi və hökumətin şəxsi məlumatları izləməsi də var.Mütəxəssislər bildirirlər ki, bu fərqi anlamaq insanlara öz qorxularını və emosiyalarını daha yaxşı idarə etməyə kömək edir.Cavid, BakuPost

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
28
www.bakupost.az

1Sources