NTD klubu Ladarius Marşalla yollarını ayırıb.
Offsideplus.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
ABŞ-dən olan basketbolçu ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.
Qeyd edək ki, L.Marşal komandaya cari mövsümün əvvəlində qoşulmuşdu.