EN

Rusiya ordusu Donetsk və Xarkovda irəliləyir

Rusiya hərbi qüvvələri Ukraynanın Donetsk və Xarkov vilayətlərində bir neçə yaşayış məntəqəsi ətrafında irəliləyib.

Sitat.info xəbər verir ki, bu barədə Ukraynanın “DeepState” monitorinq missiyası məlumat yayıb.

Məlumata görə, Rusiya ordusu Donetsk vilayətində Karpivka və Kozatske kəndləri yaxınlığında, eləcə də Pokrovsk şəhəri ərzisində irəliləyib.

Həmçinin, “DeepState” Rusiay qüvvələrinin son sutka ərzində Xarkov vilayətinin Borivska Andrivka kəndi yaxınlığında irəliləməsi barədə məlumat verib.

Chosen
17
2
sitat.info

3Sources