EN

Paşinyan: Ermənistan və Türkiyə münasibətlərin normallaşdırılmasında düzgün yoldadır

Ajans.az xəbər verir ki,bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan Yerevanda keçirilən forumda çıxışı zamanı bildirib. Paşinyan qeyd edib ki, Ermənistan regional baxımdan mühüm mövqeyə malikdir və hazırda Türkiyə və Azərbaycan da daxil olmaqla regiondakı bütün ölkələrlə institusional əlaqələr qurub. “Bu, əvvəllər mövcud olmayan bir vəziyyətdir. Mənim fikrimcə, Ermənistan-Türkiyə münasibətləri düzgün yoldadır,” – deyə baş nazir vurğulayıb. Onun sözlərinə görə, Ermənistan və Türkiyə arasında münasibətlərin tam normallaşması və sərhədlərin açılması artıq zaman məsələsidir. “Biz düzgün istiqamətdə irəliləyirik. Sadəcə, problem prosesin sürətindədir. Bu sürətə yalnız iki ölkənin siyasi iradəsi deyil, həm də müxtəlif xarici amillər təsir göstərir,” – Paşinyan bildirib. Ermənistanın baş naziri, həmçinin, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı 2026-cı ilin mayında Yerevanda keçiriləcək Avropa Siyasi Birliyi Zirvə Toplantısına dəvət etdiyini təsdiqləyib. Paşinyan, Türkiyə tərəfinin bu səfərlə bağlı qərarını şərh etməyin doğru olmadığını desə də, Ərdoğanın Yerevana səfərinin baş tutacağına ümid etdiyini vurğulayıb.

 

Chosen
55
Ajans.az

1Sources