EN

Paşinyan Ərdoğanı İrəvana dəvət etdiyini TƏSDİQLƏDİ

Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, o, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı Avropa Siyasi İcmasının sammitinə qatılmaq üçün İrəvana dəvət edib.

Bizim.Media xəbər verir ki, bu barədə erməni KİV-ləri yazıb.

Hökumət başçısı ümid etdiyini bildirib ki, bu dəvət qəbul olunacaq.

Paşinyan xatırladıb ki, son illərdə Ərdoğanla kifayət qədər tez-tez görüşür:

“Bundan başqa, mən iki dəfə Türkiyədə olmuşam, o cümlədən bir dəfə işgüzar səfərlə,” – deyə o, qeyd edib.

Onun fikrincə, İrəvanla Ankara arasında münasibətlərin normallaşması, diplomatik əlaqələrin qurulması və sərhədin açılması sadəcə zaman məsələsidir.

Baş nazir əlavə edib ki, bu prosesə təkcə hər iki ölkənin siyasi iradəsi deyil, həm də müəyyən amillər təsir göstərir.

Bizim.Media

Chosen
99
bizim.media

1Sources