EN

“CITY PARK” restoranında kabablar bu ətlərdən hazırlanır? -Video

[center][/center]

Daxil olan videogörüntülərdə Gənclər Parkı ərazisində fəaliyyət göstərən və “CafeCity” restoranlar şəbəkəsinə məxsus olduğu iddia edilən “City Park” adlı restoranda gigiyena qaydalarına zidd halların baş verdiyi əks olunub.

Görüntülərdə bir neçə salafan paketə yığılmış, yeni kəsilmiş qoyun ətinin restorana gətirildiyi görünür. Kadrlardan aydın olur ki, ətlər kabab bişirilən hissəyə gətirilərkən pilləkənin yuxarı hissəsindən aşağı buraxılır. Bu zaman salafan torbaların kənar hissələrində olan ət parçaları pilləkənin səthi və döşəmə ilə birbaşa təmas edir.

Belə hallar qida təhlükəsizliyi və sanitariya-gigiyena normalarına ciddi ziddir. Xüsusilə ictimai iaşə obyektlərində bu cür davranışlar müəssisənin reputasiyasına zərbə vurmaqla yanaşı, istehlakçıların sağlamlığı üçün də real təhlükə yaradır.

Restoranın sosial platformalarda paylaşdığı reklam çarxlarında hər şeyin “mükəmməl və standartlara uyğun” göstərilməsinə baxmayaraq, videogörüntülər müştərilərin görə bilmədiyi hissələrdə gigiyenik qaydalara əməl olunmadığını göstərir.

Məsələ ilə bağlı “Patrulaz” qarşı tərəfin mövqeyini öyrənmək üçün restoranın rəsmi əlaqə nömrəsi ilə əlaqə saxlayıb. Qarşı tərəfdən verilən məlumatda sualların rəhbərliyə çatdırılacağı və redaksiya ilə əlaqə saxlanılacağı bildirilsə də, bu vaxtadək cavab verilməyib.Patrulaz.az

VİDEO LİNKDƏ: [url=https://xalq.online/city-park-restoraninda-kabablar-bu-etlerden-hazirlanir-video]https://xalq.online/city-park-restoraninda-kabablar-bu-etlerden-hazirlanir-video[/url]

Chosen
52
yenisoz.az

1Sources