EN

Sabiq nazir müavininə bağllı hospitalın dövlət büdcəsinə 26 milyon manat borcu yaranıb

“Caspian International Hospital” MMC-nin dövlət büdcəsinə 25 991 436,04 manat vergi borcu yaranıb. “PostMedia” xəbər verir ki, nizamnamə kapitalı 10 manat olan şirkətin qanuni təmsilçisi Abbasov Cəbrayıl Neymət oğludur.

 

Qeyd edək ki, yerli mediada “Caspian International Hospital” MMC ilə yanaşı “Arash Medical Company” MMC-nin də adı Səhiyyə Nazirliyinin tenderlərində çəkilir.


Mediada hər iki şirkətin əsas sahibinin Şamo Fərzəlibəyov adlı şəxs olduğu həmin şəxsin isə Elsəvər Ağayevin qudası olduğu qeyd edilir.

 

Tarix: 4 Noyabr 2025, 15:20   
Chosen
45
3
pravda.az

4Sources