EN

Masazırda göl doldurularaq yerində evlər tikilib VİDEO

Olke.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Masazırda yerləşən gölün illər ərzindəki dəyişimi diqqət çəkib.

Ölkə.Az xəbər verir ki, bu barədə Aqil Tağıyev adlı şəxs sosial şəbəkələrdə paylaşım edib. O, su çəkilən ərazilərdə gölün doldurularaq evlər tikildiyini söyləyib:

“Bu dəhşətli mənzərədən xəbərdar olun ki, sonra peşman olmayasınız. Bina evini həyət evinə dəyişmək istəyirəm. Dostlar tapdıqları evlərin videolarını göndərirlər. Sonuncu ev xoşuma gəldi, amma yeri ilə bağlı şübhələrim vardı. Videoda həmin şübhələr barədə görüntülər var.

2008-ci ildə göl ərazisi olan yerlərdə bu gün kütləvi şəkildə evlər tikilib. 2010-cu ildə gölün suyu bir qədər çəkilsə də, 2012-ci ildə yenidən dolub. 2015-ci ildə su yenidən azalıb, az qala tamam qurusa da, 2017-ci ildə 70%-ə yaxını yenidən dolub. Sonra tədricən quruma olub, lakin 2022-ci ildə suyun səviyyəsi yenə artıb. Son 3 ildə isə suyun çəkilməsi və gölün torpaqla doldurulması ilə tikinti sürətlənib”.

A.Tağıyev əlavə edib ki, gələcəkdə yağış, qrunt suyunun küçəni keçilməz edə biləcəyini nəzərə alaraq, sözügedən ərazidən ev almaq fikrindən daşınıb.

Billurə

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
19
1
olke.az

2Sources