Paytaxtın Sabunçu rayonunda oğurluq hadisəsi baş verib. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən verilən məlumata görə, zərərçəkmiş iki nəfər polisə müraciət edərək ümumilikdə 10000 manat dəyərində məişət əşyalarının talanmasını bildiriblər.
Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri ilə V.Məmmədov və əvvəllər məhkum olunmuş R.Əliyev şübhəli şəxs qismində saxlanılıblar.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.
ZÜMRÜD