EN

Ermənistanda səfərdə olan Hüseynov: Zamana ehtiyac olacaq

ain.az, GlobalInfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Azərbaycanda ictimaiyyət və media nümayəndələri vətəndaş cəmiyyəti nümayəndələrinin İrəvana səfərinin nəticələrinə böyük maraq göstərirlər”.

Globalinfo.az Teleqraf-a istinadən xəbər verir ki, bu barədə Topçubaşov adına Bakı Analitik Mərkəzinin həmtəsisçisi və direktoru Rusif Hüseynov İrəvanda keçirilən “Orbeli Forumu: Sülh və çoxtərəfli əməkdaşlığın qurulması” adlı beynəlxalq konfransda çıxışı zamanı bildirib.

Hüseynovun sözlərinə görə, Azərbaycan cəmiyyətində barışıq prosesinə münasibət birmənalı deyil – bu mövzuda həm mənfi, həm də müsbət fikirlər mövcuddur: “Münaqişənin xatirəsi hələ də güclüdür və irəliləmək üçün zamana ehtiyac olacaq”.

Ekspert vurğulayıb ki, cəmiyyətlərarası dialoqa maraq artır və İrəvana edilən səfər etimadın formalaşması istiqamətində mühüm addım olub:

“Bir çoxları bu təşəbbüsə müsbət yanaşır, media da səfərin nəticələrinə fəal maraq göstərir. Düşünürəm ki, Ermənistan nümayəndə heyəti Azərbaycana səfər edib geri qayıtdıqdan sonra burada da eyni reaksiya olacaq. Hazırda qarşılıqlı tanışlıq mərhələsindəyik”.

R.Hüseynov xatırladıb ki, Ermənistan və Azərbaycan cəmiyyətləri son 30-40 il ərzində bir-birindən təcrid olunmuş şəkildə yaşayıblar: “Bu gün biz ya münaqişə ritorikasını davam etdirə, ya da bir-birimizi dinləməyə və anlamağa cəhd göstərə bilərik. Ən önəmlisi odur ki, indi ikinci yolu seçmək imkanımız var”.

Qeyd edək ki, forum avqustun 8-də Vaşinqtonda Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin paraflanması kontekstində Cənubi Qafqazda yeni yaranmış vəziyyətin müzakirəsinə həsr olunub. Ermənistan Baş naziri Administrasiyasının rəhbəri Araik Arutyunyan tədbirdə Azərbaycan və Türkiyədən media və vətəndaş cəmiyyəti nümayəndələrinin iştirak etdiyini açıqlayıb. Ermənistan Baş naziri Nikol Paşinyan forumda çıxış edib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
25
1
globalinfo.az

2Sources