EN

“Elm strateji əhəmiyyətə malik sahədir”

“3 noyabr 2025-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyində çıxışı zamanı cənab Prezident İlham Əliyev elmin ölkənin gələcəyi üçün strateji əhəmiyyətini xüsusi vurğuladı. Dövlət başçısının bu çıxışı təkcə yubiley təbriki deyil, həm də Azərbaycan elminin növbəti inkişaf mərhələsinə istiqamət verən proqram sənədi kimi dəyərləndirilə bilər. Dövlət başçısı qeyd etdi ki, AMEA-nın 80 illik fəaliyyəti milli intellektual mühitin formalaşmasında, dövlətçilik düşüncəsinin elmi əsaslarının möhkəmlənməsində misilsiz rol oynayıb. Bu, həm tarixi irsin qorunması, həm də müasir tədqiqat istiqamətlərinin qurulması baxımından mühüm göstəricidir.”

Publika.az xəbər verir ki, bu sözləri mətbuata açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.

Millət vəkili bildirib ki, Prezident İham Əliyevin yubiley nitqində toxunduğu ən mühüm mövzulardan biri də elmə dövlət dəstəyinin konkret mexanizmlərlə təmin edilməsi barədə səsləndirdiyi fikirlər olub:

Chosen
32
3
publika.az

10Sources