EN

Nepalda itkin düşən iki italiyalı alpinist ölüb

Roma, 4 noyabr, AZƏRTAC

Nepalda itkin düşən iki italiyalı alpinist ölüb.

AZƏRTAC xəbər verir ki, İtaliyanın Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyi alpinistlərin ölümünün yerli hakimiyyət orqanları tərəfindən təsdiqləndiyini açıqlayıb. Alessandro Kaputo və Stefano Farronato adlı alpinistlər Panbari zirvəsinə qalxarkən oktyabrın 31-dən bəri itkin düşmüşdülər. Eyni zamanda, bir neçə italiyalı alpinistin 5000 metr yüksəklikdə güclü qarda köməksiz qaldığı, axtarışların davam etdiyi bildirilib.

Bundan başqa, ötən gün daha bir italyan alpinist Nepalın Dolaka rayonundakı Rolnalinq vadisinin 5630 metrlik Yalunq Ri zirvəsinə qalxmağa hazırlaşarkən düşərgədə qar uçqun altında qalaraq həlak olub.

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Roma

Chosen
19
1
azertag.az

2Sources