EN

Mikayıl Cabbarov"Bakı Gəmiqayırma Zavodu"nun vergidən azad edilməsi ilə bağlı iradlara cavab verdi

""Bakı Gəmiqayırma Zavodu" dövlətə məxsustur. Orada səhmdarın dəyişməsi baş verib və AZCON Holding-in tabeliynə keçirilib. Zavodun vergi güzəştin uzadılması ilə bağlı müraciət konsensusla dəstəklənib".

Teleqraf xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov millət vəkili Qüdrət Həsənquliyevin "Bakı Gəmiqayırma Zavodu"nun vergi ödəməməsi ilə bağlı iradına cavabda deyib:

"Bu zavodun fəaliyyəti ölkənin iqtisadi və strateji hədəflərinə cavab verir. Fəaliyyəti uzun illərdir ki, mənfətli deyildi. Son 1-2 ildə əməliyyat mənfətinə çıxıb. Yükləmə səviyyəsi xeyli əhəmiyyətli dərəcədə artıb. Hazırda həmin zavodda, yalnış xatırlamıramsa, 10-a yaxın gəminin inşası eyni vaxtda həyata keçirilir. Bu da dinamikadır. Biz bu dinamikanı dəstəkləmək istəyirikmi? Bəli, biz istəyirik və biz bunu müdafiə etməyə hazırıq".

Chosen
34
teleqraf.com

1Sources